İlham Zəkiyev bu dəfə Avropa ikincisi oldu

İtaliyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa çempionatında fərdi yarışlar başa çatıb.

eslitv.az xəbər verir ki, son gündə ikiqat Paralimpiya və dünya, yeddiqat Avropa çempionu İlham Zəkiyev (+100 kq) ilk dəfə finalda büdrəyib.

İdmançılarımız bu yarışda 10 medal qazanıb (bir qızıl, dörd gümüş, beş bürünc). Fərdi yarışlarda milli komandamız medalların sayına görə II, əyarına görə isə IV yeri tutub.

Beləliklə, -63 kq çəkidə dərəcəsində Xanım Hüseynova qızıl, +100 kq-da İlham Zəkiyev , -66 kq-da Bayram Mustafayev , +70 kq-da Dürsədəf Kərimova , -57 kq-da Sevda Vəliyeva gümüş medal qazanıb.

-100 kq çəki dərəcəsində Kənan Abdullaxanlı , -81 kq-da Hüseyn Rəhimli , -66 kq-da Namiq Abbaslı , -73 kq-da Ramil Qasımov və -52 kq-da Səbinə Abdullayeva bürünc medal əldə edib.

Qeyd edək ki, bu gün komanda yarışları keçiriləcək.