İtaliyada 1 avroya yüzədək ev satılır

 Siciliyanın cənubundakı Mussomeli şəhərinin rəhbərliyi şəhərdəki evləri bir avrodan satır. Sputnik Azərbaycan bu barədə The Sun-a istinadən xəbər verir.

Satıcıların şərti evin bir il ərzində təmir edilməsidir. Hazırda yüzədək ev satılır. Yaxın vaxtlarda daha 400 evin satışa çıxarılması gözlənilir.

Əgər alıcı bir il ərzində evi təmir edə bilməsə, əmlak onun əlindən alınmayacaq. Lakin o, girov kimi aoyacağı 7 min avro məbləği itirəcək.

Mussomeli şəhərinin əhalisi cəmi 11 min nəfərdir. Şəhər kulinariya ənənələri və orta əsr arxitekturası ilə tanınır.