Ata deputat, övlad məmur – ADLAR

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar ilkin rəsmi nəticələrdə dairələr üzrə lider namizədlərin adları açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, həmin lider namizədlərin bəziləri həm də məmur atasıdır.

İsa Həbibbəyli Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəylinin atasıdır.

Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov Əhliman Əmiraslanovun oğludur.

1 saylı Şərur-Sədərək Seçki Dairəsinin lider namizədi Vasif Talıbovun oğlu Rza Talıbov da yüksək vəzifə tutur. R.Talıbov Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri üzrə Baş İdarəsinin rəisidir.

Aqil Abbasın oğlu Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisidir.

Fəttah Heydərov isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

Mərkəzi Seçki Komissiyasının qərarı ilə nəticələri etibarsız sayılan, ilkin rəsmi açıqlamada 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin lider namizədi elan edilən Çingiz Qənizadənin oğlu Elgiz Qənizadə Binəqədi prokurorunun müavinidir.